• Bakı 15° C

    9.15 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

İranın uranın zənginləşdirilməsindən imtina etmək niyyəti yoxdur - Əraqçi

DÜNYA

01 Noyabr 2025 | 20:44

İranın uranın zənginləşdirilməsindən imtina etmək niyyəti yoxdur - Əraqçi

İran rəhbərliyi uranın dinc məqsədlərlə zənginləşdirilməsini davam etdirmək niyyətindədir və onun raket proqramının gələcəyini müzakirə etməyi istisna edir. 

Bakıvaxtı.az "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

O, bildirib ki, Tehran özünün raket proqramı ilə bağlı danışıqlar aparmayacaq.

"Biz uranın zənginləşdirilməsini dayandıra bilmərik. Çünki heç bir ağlı başında olan insan onun hərbi komponentindən imtina etməyə razı olmaz", - deyə nazir qeyd edib.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Aradan 24 saat keçməmiş İslam Respublikası cavab hücumuna keçib. Birləşmiş Ştatlar münaqişənin gərginləşməsindən 9 gün sonra İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə zərbələr endirib. İran iyunun 23-də axşam saatlarında Amerikanın Yaxın Şərqdəki ən böyük hərbi hava bazası olan Qətərdəki Əl-Udeyd aviabazasına hücum edib. Bunun ardınca ABŞ prezidenti Donald Tramp İsrail və İranın atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. Atəşkəs iyunun 24-də qüvvəyə minib. 

Gülşən Şərif


SON XƏBƏRLƏR

01 Noyabr 2025