İran noyabrın 12-dən Avstriyaya birbaşa uçuşları bərpa edəcək.
Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanı bəyanat yayıb.
Bəyanata əsasən, Vyanaya İsraillə münaqişə səbəbindən dayandırılan reyslər noyabrın 12-də bərpa olunacaq.
Uçuşları Avstriya Hava Yolları həyata keçirəcək.
Gülşən Şərif
Bakı 


