Bolqarıstan ABŞ-nin "Lukoil"a qarşı sanksiyalarından azad olmaq üçün müraciət etməyi nəzərdən keçirir.
Bakıvaxtı.az "Politico" nəşri mənbələrə istinadən xəbər verir ki, hökumət ABŞ-dən sanksiyaların tam qüvvəyə minəcəyi 21 noyabrdan sonra ölkənin necə hərəkət etməli olduğuna aydınlıq gətirməyi xahiş edib.
Nəşrin yazdığına görə, Bolqarıstan Nazirlər Kabineti sanksiyalar fonunda yanacaq qıtlığı və etirazlar yarana bilər.
Bolqarıstanın keçmiş ətraf mühit naziri Yulian Popov hesab edir ki, "Lukoyl"un ölkədən çıxması üçün heç bir fəaliyyət planı yoxdur.
Qeyd edək ki, oktyabrın 22-də ABŞ Maliyyə Nazirliyi "Lukoil" və onun törəmə şirkətlərini Amerika sanksiyalarının yeni paketinə əlavə edib.
Gülşən Şərif
Bakı 


