• Bakı C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 1.9964

    RUB - 2.1129

Səhiyyə Nazirliyinin ikigünlük səyyar oftalmoloji aksiyası Xankəndidə - FOTOLAR

CƏMİYYƏT

18 Dekabr 2025 | 15:47

Səhiyyə Nazirliyinin ikigünlük səyyar oftalmoloji aksiyası Xankəndidə - FOTOLAR

İşğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” proqramı çərçivəsində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 18-19 dekabr tarixlərində nazirliyin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tərəfindən Xankəndi sakinləri üçün oftalmoloji tibbi müayinələr aparılır.

Nazirlikdən Bakıvaxtı.az-a bildirilib ki, ikigünlük səyyar oftalmoloji müayinələrin başlıca məqsədi operativ şəkildə vətəndaşların müayinəsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasıdır.

Müayinələr əsasında vətəndaşlarda quru göz sindromu, allergik konyunktivit, refraksiya patologiyası, miopik astiqmatizm və digər xəstəliklər aşkarlanıb. Eyni zamanda, göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılıb və əldə edilən nəticələr müzakirə olunub. Xankəndi sakinləri ilə yanaşı, “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağın dirçəlişində fəaliyyə göstərən mütəxəssislər üçün oftalmoloji müayinələr və konsultasiyalar təşkil edilib.
Həmçinin, ciddi problemlərlə üzləşən və çətin əməliyyat tələb olunan pasiyentlərin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb.

Aksiya zamanı məlumat verilib ki, bəzən göz xəstəliklərinin simptomları diqqətdən kənarda qala bilər. İlkin mərhələdə göz patologiyasını müəyyən etmək üçün sakinlərə mütəmadi olaraq ümumi oftalmoloji müayinələrdən keçmələri tövsiyə olunub. Eyni zamanda, diqqətə çatdırılıb ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən rayonlarda əhaliyə təmənnasız oftalmoloji xidmət göstərmək üçün 2005-ci ildə Avtomobil Səyyar Klinikası, 2018-ci ildən Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.
Daha sonra aksiya iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq tibbi müayinələrin və maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.


SON XƏBƏRLƏR