• Bakı C

    8.21 m/s

  • USD - 1.7

    EUR - 1.9964

    RUB - 2.1129

Son 22 ildə Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox böyüyüb - AÇIQLAMA

İQTİSADİYYAT

18 Dekabr 2025 | 13:41

Son 22 ildə Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox böyüyüb - AÇIQLAMA

“2023-cü ilin dekabr ayında Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilərək müstəqillik dövründə ilk dəfə ölkəmizin bütün ərazilərində səsvermə təşkil olundu. Bu, həmçinin Azərbaycan tarixinə zəfər seçkisi kimi daxil oldu”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, İlham Əliyevin 22 illik prezidentliyi dövrü Azərbaycan iqtisadiyyatı sürətli artım və inkluziv və balanslı inkişaf dövrü kimi xarakterizə olunur.

Müsahibimiz vurğulayıb ki, son 22 ildə Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox böyüyüb:

“Son 22 ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 15 dəfə, xərcləri isə 18 dəfə artıb. Bu müddətdə dövlət büdcəsinin gəlirləri 30 dəfə artıb. Azərbaycan üçün kifayət qədər vacib olan strateji valyuta ehtiyatları isə bu dövrdə 2 milyard dollardan 80 milyard dollara çatıb”.

Vüqar Bayramov: 

V.Bayramov bildirib ki, əldə edilən uğurlar yeni dövrdə iqtisadi islahatların dərinləşməsi ilə daha da möhkəmlənməkdədir.

Deputatın dediyinə görə, bu dövr eyni zamanda Azərbaycanın xarici siyasətdə çoxsaylı uğurlara imza artması ilə yadda qaldı:

“Türk dünyası və Şərqi ilə əlaqələrini gücləndirən Azərbaycan üçün ABŞ daxil olmaqla Qərb dövlətləri ilə tərəfdaşlığın dərin inkişaf etdirilməsi daha da prioritetləşib. Çox vektorlu xarici siyasət Azərbaycanın geo-siyasi mövqeyini daha da gücləndirir”.

Murad Məmmədli


SON XƏBƏRLƏR