• Bakı C

    7.11 m/s

  • USD - 1.7

    EUR - 1.9964

    RUB - 2.1129

ABŞ-Rusiya görüşünə hazırlıq gedir - Peskov

DÜNYA

18 Dekabr 2025 | 19:00

ABŞ-Rusiya görüşünə hazırlıq gedir - Peskov

Kreml təsdiqləyib ki, Ukrayna münaqişəsi ilə bağlı məsələlər üzrə amerikalı həmkarları ilə Mayamidə baş tuta biləcək görüşə hazırlıq gedir.

Bakıvaxtı.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya tərəfi həqiqətən də ABŞ nümayəndələri ilə müvafiq əlaqələrin hazırlanması ilə məşğul olur. Onun sözlərinə görə, bu əlaqələrin məqsədi Amerika tərəfinin Avropa ölkələri və Ukrayna ilə aparılan iş nəticələri barədə məlumat əldə etməkdir.

Daha əvvəl “Axios” Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun rəhbərlik etdiyi Ukrayna nümayəndə heyətinin ABŞ nümayəndələri ilə danışıqlar aparmaq üçün Mayamiyə gələcəyini bildirmişdi. Nəşrin məlumatına görə, Amerika tərəfini ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Cared Kuşner təmsil edəcək.

Bundan əlavə, “Axios”un Ağ Ev rəsmisinə istinadən verdiyi məlumata görə, bu həftəsonu Mayamidə Stiv Uitkoff və Cared Kuşner, eləcə də Rusiya Prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev arasında danışıqlar da planlaşdırılır.


SON XƏBƏRLƏR