Rusiya Yaponiya-ABŞ hərbi təlimlərindən narahatlığını ifadə edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Yaponiyanın Rusiyadakı səfiri Akira Muto ilə görüşdə məlumat verib.
Onun sözlərinə görə, dekabrın 10-da keçirilən birgə hərbi-hava təlimləri Rusiya tərəfindən potensial təhlükəsizlik təhdidi kimi qiymətləndirilir. Moskva bu məsələ ilə bağlı Yaponiya tərəfini həm diplomatik kanallarla, həm də açıq şəkildə mütəmadi olaraq məlumatlandırır.
Zaxarova bildirib ki, Rusiya suverenliyinin qorunması və müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə müvafiq cavab tədbirləri görülə bilər.
Zeynəb Rzayeva
Bakı 




