Sumqayıt Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının müavinlərinin yeni vəzifələri müəyyənləşib.
Bakıvaxtı.az-ın Milli.Az-a istinadən məlumatına görə, icra hakimiyyətində reallaşdırılan struktur dəyişikliyi nəticəsində bəzi tənzimləmələr həyata keçirilib.
Məlumata görə, icra hakimiyyətinin yeni nümunəvi strukturu və ştat vahidlərinin sayı təsdiq olunub.
Belə ki, Teymur Səmədov başçının birinci müavini, Akif Quluyev isə başçının müavini kimi fəaliyyətlərini əvvəlki qaydada davam etdirirlər.
Amma başçının aşağıdakı digər üç müavininin vəzifələri isə yenilənib:
- Ülviyyə Müzəffərova - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri (əvvəllər: İctima-siyasi və humanitar məsələlər şöbəsinin müdiri),
- Fəzail Hüseynov - Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri (əvvəllər: Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri),
- Fərid Ələkbərov - Şəhər təsərrüfatı və mədəni irsin qorunması şöbəsinin müdiri (əvvəllər: Şəhər təsərrüfatı şöbəsinin müdiri).
Qeyd edək ki, bir müddət əvvəl respublika üzrə şəhər və rayon icra hakimiyyətlərinin yeni nümunəvi strukturu və ştat vahidləri təsdiqlənib və buna əsasən, Sumqayıt ŞİH-in aparatında 64 ştat vahidi müəyyənləşib.
Bakı 




