• Bakı C

    17.54 m/s

  • USD - 1.7

    EUR - 2.0076

    RUB - 2.2193

İran ABŞ-la Türkiyədə görüşmək istəmir

DÜNYA

03 Fevral 2026 | 22:44

İran ABŞ-la Türkiyədə görüşmək istəmir

İran ABŞ ilə planlaşdırılan danışıqlarla bağlı şərtlər irəli sürüb və görüşlərin Türkiyədə keçirilməsinə qarşı çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Axios" portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, İran tərəfi danışıqların formatının dəyişdirilərək yalnız ikitərəfli - ABŞ və İran arasında aparılmasını, həmçinin görüş yerinin İstanbuldan Omana köçürülməsini tələb edir.

Nəşrin yazdığına görə, vəziyyətlə tanış olan iki mənbə bildirib ki, Tehran bu tələbi bu cümə günü keçirilməsi planlaşdırılan danışıqlar ərəfəsində irəli sürüb. İran tərəfi danışıqlarda ərəb və müsəlman ölkələrinin müşahidəçi qismində iştirakını da istəmir.

Portalın qeyd etdiyinə görə, Tehran Vaşinqtonla birbaşa təmaslara üstünlük verir və çoxtərəfli formatın danışıqlar prosesinə əlavə çətinliklər yaratdığını düşünür. ABŞ tərəfinin bu tələblərə necə cavab verəcəyi hələlik açıqlanmayıb.


SON XƏBƏRLƏR

03 Fevral 2026