• Bakı C

    17.56 m/s

  • USD - 1.7

    EUR - 2.012

    RUB - 2.2055

Rusiya kosmosda Avropanın peyk məlumatlarını ələ keçirdi

DÜNYA

04 Fevral 2026 | 13:17

Rusiya kosmosda Avropanın peyk məlumatlarını ələ keçirdi

Rusiyanın iki kosmik aparatı qitə üzərində Avropanın onlarla əsas peykindən ötürülən məlumatları ələ keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Financial Times” Avropanın təhlükəsizlik mənbələrinə istinadla məlumat yayıb.

Mənbələrin fikrincə, bu cür müdaxilələr təkcə peyklər vasitəsilə ötürülən məxfi məlumatları risk altına almır, həm də Rusiyaya onların trayektoriyalarını manipulyasiya etmək və sıradan çıxarmaq imkanı verə bilər.

Qeyd olunur ki, son bir neçə il ərzində Qərbin hərbi-mülki kosmik qurumları “Luç-1” və “Luç-2” adlı iki Rusiya obyektinin fəaliyyətini izləyiblər. Bu obyektlər orbitdə dəfələrlə şübhəli manevrlər həyata keçiriblər.

Hər iki aparat Yerin səthindən yüksəkdə yerləşən və Avropaya, o cümlədən Böyük Britaniya, Afrika və Yaxın Şərqin böyük hissəsinə xidmət göstərən ən vacib Avropa geostasionar peyklərindən bəziləri ilə riskli yaxınlaşmalar həyata keçirib.

Orbit məlumatları və yerüstü teleskop müşahidələrinə əsasən, bu aparatlar xüsusilə son üç ildə peyklərin yaxınlığında bir neçə həftə hərəkətsiz vəziyyətdə qalıblar. 2023-cü ildə orbitə buraxıldıqdan sonra “Luç-2” həm kommersiya, həm də dövlət məqsədlərinə xidmət edən 17 Avropa peykinə yaxınlaşıb.

“Hər iki peyk radioelektron kəşfiyyat fəaliyyəti aparmaqda şübhəli bilinir”, - Almaniya Silahlı Qüvvələrinin Kosmik Komandanlığının rəisi general-mayor Mixael Traut bildirib./Teleqraf 


SON XƏBƏRLƏR

03 Fevral 2026