İraqda vacib bir qurumu hədəf almaq niyyətində olan pilotsuz təyyarə təhlükəsizlik qüvvələri tərəfindən vurulub.
Bakıvaxtı.az xəbər verir ki, məlumata görə, insident Kərkük və Süleymaniyyə şəhərləri arasındakı ərazidə baş verib.
Bildirilib ki, pilotsuz uçuş aparatı mühüm bir qurumu hədəf almağa hazırlaşarkən zərərsizləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır, dronun mənşəyi barədə isə hələlik məlumat açıqlanmayıb.
Əli Hüseynov
Bakı 



