"İranda Məhəmməd Əmin Biglari və Şahin Vahidpərəst Ali Məhkəmə tərəfindən işə yenidən baxıldıqdan və yekun hökm təsdiqləndikdən sonra asılıblar".
Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə İran məhkəmə sisteminin “Mizan” veb saytı bildirib. Məlumata görə, İran hakimiyyəti əlavə edib ki, iki şəxs ABŞ-İsrail hücumundan əvvəl, yanvar ayında pik həddə çatan etiraz dalğasında iştirak edib.
Aydın Baxış
Bakı 




