• Bakı C

    3.21 m/s

  • USD - 1.7

    EUR - 1.9734

    RUB - 2.1836

Nikol Paşiyan Ermənistanda ən çox etibar qazanan siyasətçidir - KİV

DÜNYA

06 Mart 2026 | 10:58

Nikol Paşiyan Ermənistanda ən çox etibar qazanan siyasətçidir - KİV

Ermənistanda ictimai rəy sorğusu keçirilib.

Bakıvaxtı.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, vətəndaşlar siyasətçilər arasında ən çox Nikol Paşinyana etibar edirlər.

Beynəlxalq Respublikaçılar İnstitutunun təşəbbüsü ilə keçirilən sorğu 3-13 fevral 2026-cı il tarixləri arasında telefon vasitəsilə 1506 respondent arasında aparılıb.

Məlumata görə, iştirakçıların 47 faizi Ermənistanın doğru istiqamətdə irəlilədiyini, 41 faizi isə səhv yöndə olduğunu bildirib.

Qeyd olunub ki, əsas problemlər kimi 21 faiz milli təhlükəsizlik və sərhəd məsələlərini, 18 faiz iqtisadiyyat və işsizliyi, 11 faiz isə yüksək qiymət və yaşayış minimumunu göstərib.

Bildirilib ki, əgər parlament seçkiləri gələn bazar günü keçiriləcək olsaydı, respondentlərin 29 faizi Vətəndaş Müqaviləsi partiyasına səs verəcəyini bildirib.

Həmçinin vətəndaşlar siyasətçilər arasında ən çox etibar Nikol Paşinyana yönəlib – 18 faiz ona ən çox etibar etdiyini, 2 faiz isə ikinci ən çox etibar edilənin Paşinyan olduğunu bildirib.

Sorğunun cavablarına görə, Samvel Karapetyan ikinci, Robert Köçəryan isə üçüncü yerdədir.

Məlumat üçün onu da bildirək ki, sorğu nəticələri Ermənistanda yaşayan 18 yaşdan yuxarı vətəndaşlar və Dağlıq Qarabağdan köçürülmüş keçmiş sakinlər arasında aparılıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR

05 Mart 2026