• Bakı C

    3.21 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

"Kişilər sizi incitsə, mənə tiktokda yazın" - Lukaşenko

DÜNYA

06 Mart 2026 | 11:35

Kişilər sizi incitsə, mənə tiktokda yazın - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində keçirilən qadınların mükafatlandırılması mərasimində çıxış edib.

Bakıvaxtı.az xəbər verir ki, Lukaşenko qadınlara müraciət edərək bildirib ki, əgər bu günlərdə hansısa kişi onları incitsə, bu barədə TikTok vasitəsilə Pezidentə şikayət edə bilərlər:

"Bayramınız mübarək! Əgər bu günlərdə hansısa kişi sizi incitsə, bir yol tapın, bizim TikTok hesabımız var. Mən hər səhər orada yazılanları oxuyuram. Bəzən hətta gülməli hallar da olur. Amma kimsə sizi incitsə, mənə yazın, mən mütləq reaksiya verəcəyəm. Prezident Administrasiyasının rəhbəri Dmitri Nikolayeviç də bunu eşidir, o, məndən əvvəl məsələni nəzarətə götürəcək" deyə, Lukaşenko bildirib.


SON XƏBƏRLƏR

05 Mart 2026