• Bakı 28° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Həcc ziyarəti təxirə salınacaq? - AÇIQLAMA

CƏMİYYƏT

06 Mart 2026 | 11:08 | Müəllif: Subhan Mahmudov

Həcc ziyarəti təxirə salınacaq? - AÇIQLAMA

Baş verən son hadisələrlə əlaqədar Həcc ziyarətinin təxirə salınıb-salınmayacağı barədə hələ ki, heç bir məlumat yoxdur.

Bu barədə Bakıvaxtı.az-a Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, gündəlikdə hazırda belə bir məsələ müzakirə olunmur:

"Qarşı tərəfdən də bununla bağlı heç bir bildiriş gəlməyib. Əksinə, proses davam edir, gündəlik təlimatlar gəlir. Biz də işimizi davam etdiririk. Hazırda Həcc ziyarəti üçün kvotanın 85 faizi tamamlanıb".

Xatırladaq ki, Həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 AZN təşkil edir.

Qeyd edək ki, Həcc ziyarəti üçün müraciət vaxtı həftəsonu bitir. Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyindən gələn təlimatlara əsasən, habelə, xaricdə və bölgələrdə yaşayan vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alınaraq builki Həcc mövsümü üçün sənəd qəbulunun müddəti mart ayının 7-dək uzadılıb./Milli.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026