• Bakı C

    3.21 m/s

  • USD - 1.7

    EUR - 1.9734

    RUB - 2.1836

Türkiyədə azərbaycanlı sərnişinlər çiçəklərlə qarşılandı - FOTOLAR

CƏMİYYƏT

06 Mart 2026 | 11:23

Türkiyədə azərbaycanlı sərnişinlər çiçəklərlə qarşılandı - FOTOLAR

TMəlum olduğu kimi, İrana məxsus olan pilotsuz uçuş aparatlarının (PUA) Naxçıvan Muxtar Respublikasındakı Naxçıvan Beynəlxalq Hava Limanı və ətraf ərazilərə düşməsi nəticəsində hava limanına ziyan dəyib. 

Bakıvaxtı.az-ın məlumatına görə, Naxçıvan hava limanının bağlanması Bakı ilə Naxçıvan arasında birbaşa hava əlaqəsinin müvəqqəti kəsilməsinə səbəb olub. Bu vəziyyəti nəzərə alan Türkiyə tərəfi Bakıdan Naxçıvana uçan təyyarələrin Iğdıra enməsi və sərnişinlərin xüsusi ayrılmış avtobuslarla Naxçıvana çatdırılması təklifini irəli sürüb. Rəsmi Bakı bu təklifi qəbul edib və artıq Bakıdan qalxan təyyarələr Iğdır hava limanına eniş edir. 

Artıq ötən gün ilk mərhələdə beş sərnişin təyyarəsi Iğdır hava limanına eniş edib. İlk təyyarə ilə birlikdə 72 sərnişin Iğdıra çatıb.

Iğdıra gedən sərnişinləri hava limanında Iğdır millət vəkili Cantürk Alagöz, Iğdır vali müavini Ahmet Gökçecik, Azərbaycanın Kars şəhərindəki baş konsulu Zamin Əliyev, Iğdır Universitetinin rektoru Ekrem Gürel, AK Partiya Iğdır il təşkilatının sədri Ali Kemal Ayaz və Iğdır hava limanının müdiri Fikret Bağca çiçəklərlə qarşılayıblar.

Rəsmi mənbələrdən verilən məlumata görə, Naxçıvan hava limanı yenidən fəaliyyətə başlayana qədər Bakı–Naxçıvan uçuşları Iğdır hava limanı üzərindən həyata keçiriləcək.

Iğdır millət vəkili Cantürk Alagöz baş verən hadisə ilə bağlı açıqlamasında bunları deyib:

“Oradakı vətəndaşlarımıza keçmiş olsun diləklərimizi çatdırırıq. Yaralılarımıza təcili şəfa arzulayırıq. Bölgədə baş verən hadisələrin daha da böyüməsini istəmirik. Yanıbaşımızda baş verən hadisələr təbii ki, bizi də təsirləndirir. Naxçıvan hava limanında baş verən hadisəyə görə hava limanı bir müddətlik uçuşlara bağlanıb. Təhlükəsizlik baxımından Bakı–Naxçıvan uçuşları bundan sonra Iğdır üzərindən həyata keçiriləcək. Naxçıvanlı, azərbaycanlı qardaşlarımızı burada görməkdən məmnunluq duyacağıq”.

Alagöz həmçinin bildirib ki, Iğdır hava limanının ilk dəfə beynəlxalq uçuşlara xidmət göstərməsi mühüm hadisədir. Onun sözlərinə görə, hava limanının gömrük zonası statusu alması və uçuşların açılması bu prosesdə böyük əhəmiyyət daşıyır.

Xatırladaq ki, Naxçıvan hava limanı yenidən fəaliyyətə başlayana qədər Bakından gələn sərnişinlər Iğdır üzərindən quru yolu ilə Naxçıvana keçəcəklər.


SON XƏBƏRLƏR

05 Mart 2026