• Bakı 11° C

    7.89 m/s

  • USD - 1.7

    EUR - 1.9734

    RUB - 2.1836

Bu ərazidə 13:00-dək işıq OLMAYACAQ

CƏMİYYƏT

06 Mart 2026 | 09:53

Bu ərazidə 13:00-dək işıq OLMAYACAQ

Martın 6-da Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Lənkəran-2" yarımstansiyasından qidalanan 10 kV-luq 6 saylı hava xəttində təmir və xətt boyunca ağac budanması işləri həyata keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək şəhər ərazisində Heydər Əliyev prospekti, Paşa Təhməzov, Anar Mahmudov, Bala Məmməd, Məhəməd Əmin Rəsulzadə, Şirəli Axundov, Sahil küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir və ağac budanması işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


SON XƏBƏRLƏR

05 Mart 2026