• Bakı 11° C

    3.08 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Bizdə istedadlı, tərbiyəli insanları yox...

CƏMİYYƏT

04 Aprel 2026 | 23:45

Bizdə istedadlı, tərbiyəli insanları yox...

"Çalışıram verilişlərə getməyim. Bu o demək deyil ki, hər verilişə getmirəm. Sadəcə, telefon çıxandan mənim sənətə olan həvəsim ölüb. Telefon hər şeyi ortaya tökdü, gizliləri açdı. Amma elə şeylər var ki, onlar gizli qalmalıdır. Bu gün müsahibə vermək istəyirsən, lakin "ağıllı intellektuallar"a biganə qala bilmirəm. Ona görə də verilişlərə getmirəm".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri aktyor Azər Axşam "Daha aydın" layihəsində deyib. O, uzun müddətdir efirə çıxmamasına belə aydınlıq gətirib:

"Bir gün jurnalistlərdən birinə dedim ki, nə kiminsə tərifini, nə də söyüşünü istəyirəm. Bizim tamaşaçını başqa şeylərə yönəltdilər. Bundan çox qorxuram. Bizim insanlar məşhur insanları sevirlər. Savadlı, istedadlı, tərbiyəli insanları isə sevmirlər. Məşhurluq axtarırlar. "Mənim toyumda məşhur biri olsun, istedadlı adam yox" deyə düşünürlər".

Aktyor məşhurluğa istedaddan daha çox dəyər verilməsini qınayıb:

"Hətta bir dəfə toyda idik. Köhnə televiziya işçiləri də orada qonaq idilər. Zaldakıların 90 faizi də televiziya işçiləri idi. İki diktor lokomotivinin adını çəkdim ki, sözü onlara verim, zalda oturanlardan heç biri reaksiya vermədi. Dalınca dedim ki, "Dəhşət, iki magikanın adını çəkirəm, siz - əyləşən televiziya işçilərindən reaksiya yoxdur. Amma bir dənə TikTok-dakılardan birini dəvət edək içəri, siz cumacaqsınız onun üstünə. Görün, televiziyada kimlər işləyir". Elə bil bataqlığa daş düşdü.

Bu gün Qorxmaz Əlilini görəndə qaça-qaça gedib qabağına çıxıram. Ola bilər bu gün efirdə deyil, amma o, mənim qəlbimdə peşəsi ilə taxt qurub. Pulum, imkanım çox ola bilər, amma mən yenə də onlarla görüşmək üçün qaçaraq gedərəm".


SON XƏBƏRLƏR

04 Aprel 2026