• Bakı 10° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.9734

    RUB - 2.1836

"Siyahımızdakı insanlara göz-qulaq oluruq" - Tramp İranda rəhbərliyin tamamilə dəyişməsini istəyir

DÜNYA

06 Mart 2026 | 08:16

Siyahımızdakı insanlara göz-qulaq oluruq - Tramp İranda rəhbərliyin tamamilə dəyişməsini istəyir

"Vaşinqton İranda hakimiyyətə gələ biləcək bir neçə namizədi nəzərdən keçirir".

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "NBC" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar İranda rəhbərliyin tamamilə dəyişməsini istəyir:

"Biz gəlib hər şeyi təmizləmək istəyirik. İstəyirik ki, onların yaxşı lideri olsun".

Tramp vurğulayıb ki, onların bu işin öhdəsindən yaxşı gələ biləcək bir neçı nəfəri var:

"ABŞ öz siyahısındakı insanların hərbi əməliyyat zamanı həlak olmaması üçün tədbirlər görür. Biz onlara göz-qulaq oluruq".


SON XƏBƏRLƏR

05 Mart 2026