İsrail təyyarələri Livanın cənubundakı yaşayış məntəqələrinə endirilən zərbələrdə fosfor tərkibli mərmilərdən istifadə edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Agentliyin mənbəyi bildirib ki, "İsrail ordusu Livanın cənubundakı 15 yaşayış məntəqəsini bombalayarkən fosfor tərkibli mərmilərdən istifadə edib".
Xatırladaq ki, ABŞ və İsrail 28 fevraldan bəri İran ərazisinə hücumlar edir, dağıntılara və insan tələfatına səbəb olur. Buna cavab olaraq İran İsrailə və bölgədəki ABŞ hərbi bazalarına raket zərbələri endirib. İsrail və ABŞ hücumları nəticəsində İranın Ali Lideri Ayətullah Əli Seyid Xamenei və digər yüksək vəzifəli şəxslər də həlak olub.
Bakı 




