• Bakı 11° C

    7.89 m/s

  • USD - 1.7

    EUR - 1.9734

    RUB - 2.1836

Məktəbi İran öz raketi ilə vurubmuş - ŞOK AÇIQLAMA

DÜNYA

06 Mart 2026 | 10:07

Məktəbi İran öz raketi ilə vurubmuş - ŞOK AÇIQLAMA

Minab şəhərindəki məktəb İran raketi ilə vurulub. Səhv atış zamanı raket məktəb kompleksinə düşüb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun xarici siyasət müşaviri Ofer Falk CNN-ə bildirib. 

Onun sözlərinə görə, Minabdakı məktəbə dərs saatlarında edilən hücum, çox güman ki, İslam Respublikasının raket atışındakı səhvin nəticəsidir: "Məndə olan məlumata əsasən, bu, açıq-aydın İran hücumu idi və raket səhvi nəticəsində baş verib".

İran dövlət mediası hücumda əksəriyyəti qadın tələbələr olmaqla ən azı 180 nəfərin öldüyünü bildirib. Prezident Məsud Pezeşkian və Abbas Əraqçi də daxil olmaqla İran rəsmiləri hücumda ABŞ və İsraili günahlandıraraq bunu müharibə cinayəti adlandırıblar.


SON XƏBƏRLƏR

05 Mart 2026