İranda Müvəqqəti Liderlik Şurası ölkənin yeni liderinin seçilməsi məsələsini müzakirə etmək üçün növbəti iclasını keçirib.
Bakıvaxtı.az xəbər verir ki, iclasda Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani də iştirak edərək son hadisələr barədə məlumat verib.
Bildirilib ki, yeni liderin müəyyən edilməsi üçün Ekspertlər Məclisinin çağırılması və namizədin təqdim olunması planı hazırlanıb.
Qeyd edək ki, Əli Xameneinin oğlu Müctəba Xameneinin mümkün varis olması iddiaları fonunda ABŞ prezidenti Donald Tramp belə bir ssenarinin qəbuledilməz olduğunu açıqlayıb.
Əli Hüseynov
Bakı 



