• Bakı 27° C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Sumqayıtda ailə faciəsi - Ər arvadını öldürdü - YENİLƏNİB

HADİSƏ

06 Mart 2026 | 12:30 | Müəllif: Əli Hüseynov

Sumqayıtda ailə faciəsi - Ər arvadını öldürdü - YENİLƏNİB

Martın 6-da Sumqayıt şəhərində 1995-ci il təvəllüdlü Mehriban Ağabalazadənin ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, ilkin araşdırmalarla 1977-ci il təvəllüdlü İsmayıl Ramazanovun Mehriban Ağabalazadəni qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İ.Ramazanov iş üzrə şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

 

***11:41

Bu gün səhər saatlarında Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində qətl hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, yevlax rayon sakini, 1977-ci il təvəllüdlü İsmayıl Ramazanov aralarında yaranmış münaqişə zəminində arvadı, 1995-ci il təvəllüdlü Mehriban Ağabalazadəyə bıçaq xəsarətləri yetirib.

    Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Hadisə yerindən qaçan İ.Ramazanovu polis əməkdaşları tutaraq istintaqa təhvil veriblər.

    Araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Sentyabr 2026