• Bakı 27° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Salyanda maşın obyektə çırpılaraq YANDI

HADİSƏ

06 Mart 2026 | 11:00 | Müəllif: Subhan Mahmudov

Salyanda maşın obyektə çırpılaraq YANDI

Salyanda maşın obyektə çırpılaraq yanıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə Salyan şəhəri, Ə.Quliyev küçəsində yerləşən obyektdə və vətəndaşa məxsus “CHEVROLET COBALT” markalı minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən avtomobilin idarəetməni itirərək yol kənarında yerləşən, ümumi sahəsi 60 kv.m. olan, fəaliyyət göstərməyən obyektə çırpılaraq yanğınla nəticələnən yol-qəza hadisəsinin baş verdiyi müəyyən edilib.

Yanğın yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin salonu, mühərriki və obyektin dam örtüyü 10 kv.m. sahədə yanıb.

Avtomobilin və obyektin qalan hissəsi yanğından mühafizə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026