• Bakı C

    8.61 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Əsədovla Yılmaz İranın dron hücumlarını müzakirə etdi

SİYASƏT

06 Mart 2026 | 13:37

Əsədovla Yılmaz İranın dron hücumlarını müzakirə etdi

Azərbaycanın Baş naziri Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Telefon danışığı əsnasında İran tərəfindən martın 5-də Azərbaycana qarşı dron hücumları ilə bağlı kəskin etiraz bildirilib, bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu vurğulanıb.

Ə.Əsədov bildirib ki, Azərbaycana qarşı dron hücumları nəticəsində Naxçıvan Beynəlxalq Hava Limanı, məktəb və digər istiqamətlər İran tərəfindən atəşə məruz qalıb, bir neçə mülki şəxs xəsarət alıb, hava limanının terminal binasına ziyan dəyib.

Hadisədən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək dərhal Azərbaycan xalqına dəstəyini ifadə etməsinin iki ölkə arasında mövcud olan sarsılmaz qardaşlıq və həmrəyliyin bariz təzahürü olduğu vurğulanıb.

Ə.Əsədov yaranmış vəziyyətlə bağlı Naxçıvan istiqamətində həyata keçirilən aviareyslərin təhlükəsizliyini təmin etmək məqsədilə uçuşların müvəqqəti olaraq İğdır hava limanına təşkil olunması ilə bağlı göstərilən operativ dəstəyə görə qardaş Türkiyə tərəfinə təşəkkür edib.

Telefon danışığı zamanı həmçinin mövcud vəziyyətdən irəli gələrək gündəlikdə duran aktual məsələlər müzakirə olunub.


SON XƏBƏRLƏR