• Bakı 11° C

    12.2 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Tehrandan sərt xəbərdarlıq: "Cəhənnəm qapıları açılacaq"

SİYASƏT

05 Aprel 2026 | 12:40

Tehrandan sərt xəbərdarlıq: Cəhənnəm qapıları açılacaq

İranın "Xatəm əl-Ənbiya" Mərkəzi Qoşun Qərargahının komandanı, general-leytenant Əli Abdullahi ABŞ Prezidenti Donald Trampın təhdidləri fonunda Tehranın ABŞ və İsrailə sərt cavab verməyə hazır olduğunu bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, müvafiq açıqlamanı IRNA agentliyi yayıb.

Onun sözlərinə görə, münaqişənin əvvəlindən İran tərəfi verdiyi bütün vədləri yerinə yetirib. Əli Abdullahi əlavə edib ki, ABŞ və İsrailə ünvanlanan mesajda onlar üçün "cəhənnəm qapılarının açılacağı" barədə xəbərdarlıq edilib.

"Bu müharibənin başlanğıcından bəri vəd etdiyimiz hər şeyi icra etmişik və budur bizim sadə mesajımız: cəhənnəm qapıları sizin üçün açılacaq", - deyə o bildirib.

Əli Abdullahi həmçinin vurğulayıb ki, İranın enerji infrastrukturu obyektlərinə hər hansı zərbə İslam Respublikası tərəfindən sərt cavab tədbirlərinə səbəb olacaq. Onun sözlərinə görə, belə bir halda ABŞ və İsrailin regiondakı bütün obyektləri hədəfə alınacaq. /Oxu.az


SON XƏBƏRLƏR

04 Aprel 2026