Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni təyinat olub.
Bakıvaxtı.az “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb.
Əmrə əsasən, Sahib Azər oğlu Gülməmmədov TƏBİB katibliyinin rəhbəri təyin edilib.
S.Gülməmmədov bu vəzifəyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin köməkçisi olub.
Qeyd edək ki, 2023-cü ildə Anar Bayramov Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olduğu zaman Sahib Gülməmmədov onun köməkçisi təyin edilmişdi.
Bakı 




