• Bakı 9° C

    9.65 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"İsa Məsih" həbs edildi

SİYASƏT

05 May 2026 | 13:31 | Müəllif: Əli Hüseynov

"İsa Məsih" həbs edildi

İranın Yəzd əyalətinin hüquq-mühafizə orqanları "İsa Məsih" olduğunu iddia edən təriqət qurucusunu saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə əyalət prokuroru Mehdi Həsənpur bildirib.

"Əyalət təriqətinin lideri əvvəlcə Allah tərəfindən seçildiyini iddia edib, sonra "İsa Məsih"ə istinad edərək öz ilahiliyini elan edib", - İran mətbuatı Həsənpurun sözlərindən sitat gətirib. 

Prokurorun sözlərinə görə, təriqət üzvləri Quranı yandırıb, müqəddəs yerləri, müsəlman dini liderlərini təhqir edib və İsrailin İran üzərində qələbəsi üçün dua ediblər. O, istintaq zamanı təriqətdə əsas rol oynayan üç şəxsin saxlanıldığını qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026