ABŞ Prezidenti Donald Tramp jurnalist Taker Karlsonu MAGA (Make America Great Again) klubundan çıxarıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Media ITE" məlumat yayıb.
"Taker yolunu azıb. Mən bunu çoxdan anlamışdım və o, indi MAGA üzvü deyil. MAGA ölkəmizi xilas edir, onu yenidən əzəmətli edir. MAGA əvvəlki Amerika deməkdir və Takerin bununla heç bir əlaqəsi yoxdur. Taker bunu anlamaq üçün kifayət qədər ağıllı deyil", - deyə Tramp bildirib.
Ağ Ev rəhbərinin bu açıqlamasına Takerdən cavab gecikməyib:
"Elə vaxtlar olur ki, Tramp məni əsəbiləşdirir və bu, şübhəsiz ki, həmin anlardan biridir. Amma onun mənim haqqımda nə deməyindən asılı olmayaraq, mən onu hər zaman sevəcəyəm", - deyə jurnalist bildirib.
Xatırladaq ki, məşhur jurnalist D.Trampı İrana qarşı keçirdiyi əməliyyatı sərt tənqid edərək bunu "tamamilə iyrənc və pis" adlandırmışdı. T.Karlson, həmçinin prezidenti Epşteyn işi, Ukraynaya dəstək və digər məsələlər də Ağ Ev rəhbərini tənqid etmişdi.
Bakı 




