Güzəştli ipoteka kreditləri üzrə növbəti seçim mərhələsi keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, seçim prosesi bu gün saat 11:00-da başlayıb.
Redaksiyamıza müraciət edən vətəndaşlar seçim prosesindən narazı qaldıqlarını bildirirlər. Onların sözlərinə görə, limitlər 30 saniyə keçməmiş bitib. Vətəndaşlar bildirirlər ki, limitlərin bu qədər qısa müddətdə tükənməsi qeyri-mümkündür.
Qeyd edək ki, oxşar hal dünən də yaşanıb. Belə ki, vətəndaşlar bildiriblər ki, adi ipoteka kreditləri üzrə limitlər təxminən 1 dəqiqə ərzində bitib və bu zaman sistemdə də problemlər yaranıb.
Nəzərə çatdıraq ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı il ərzində ipoteka kreditləşməsinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılır.
Adi ipoteka kreditləri üzrə vətəndaşlardan müraciətlərin qəbulu 05.03.2026-cı il tarixində, güzəştli ipoteka kreditləri üzrə isə 06.03.2026-cı il tarixində həyata keçirilib./Milli.az
Bakı 




