• Bakı C

    10.09 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Dron hücumu İranın simasını ortaya qoydu: Hücum faktını üzərinə götürən yoxdursa, demək…

SİYASƏT

06 Mart 2026 | 14:27

Dron hücumu İranın simasını ortaya qoydu: Hücum faktını üzərinə götürən yoxdursa, demək…

“İrandan Azərbaycana, Naxçıvana edilən dron hücumu bu dövlətin simasını ortaya qoydu”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı deyib.

Onun sözlərinə görə, Azərbaycan keçənilki 12 günlük müharibədə də, indi də qonşuluq prinsiplərinə əməl edərək öz mövqeyini bu ölkəyə göstərmişdi:

"Amma İran bunu anlamadı və xainliyini davam etdirdi. Türkiyəyə də paralel şəkildə ballistik raket atıldı. Bu faktların izahatı yoxdur”.

Müsahibimiz vurğulayıb ki, hücum faktını üzərinə götürən yoxdursa, demək ölkədə normal hakimiyyət də yoxdur, dövlət qurumunun birinin o birindən xəbəri yoxdursa, deməli rejim son günlərini yaşayır.

Qafar Çaxmaqlı: Dövlət qurumunun birinin o birindən xəbəri yoxdursa, deməli rejim son günlərini yaşayır

Q.Caxmaqlının dediyinə görə, haqlı olaraq dövlətimiz tərəfindən bu işə məsul olan adamların aşkar edilməsi, cəzalandırılması, üzr istənməsi tələb edilir.

“Prezident İlham Əliyevin sərt bəyanatı da göstərdi ki, Azərbaycan dövləti öz xalqının və soydaşlarının haqlarını qorumaq üçün qərarlıdır və əgər bu dron hücumu təxribatdırsa, onun qarşısını almağa gücü və iradəsi var”, - deyə Qafar Çaxmaqlı əlavə edib.

Aydın Baxış


SON XƏBƏRLƏR