• Bakı C

    11.42 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Çexiya Baş naziri İlham Əliyevə məktub ünvanladı 

SİYASƏT

06 Mart 2026 | 21:01

Çexiya Baş naziri İlham Əliyevə məktub ünvanladı 

Çex Respublikasının Baş naziri Andrey Babiş İranın Naxçıvana dron hücumları ilə bağlı Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

"Martın 5-də Naxçıvana dron hücumu ilə bağlı xəbəri böyük narahatlıqla qarşıladım. Bu hücum zamanı hava limanı da daxil olmaqla, mülki obyektlərə zərbələr endirilib, dronlar məktəbin yaxınlığında yerə düşüb və bir neçə nəfər yaralanıb.

Bu hücum beynəlxalq hüququn kobud şəkildə pozulması və qəbuledilməz zorakılığın artması deməkdir. Sizin haqlı olaraq terror hücumu kimi qiymətləndirdiyiniz bu akt bütün regionun sabitliyinə və təhlükəsizliyinə ciddi təhdid yaradır.

Bu hücumu Çex Respublikası Hökuməti adından qəti şəkildə pislədiyimizi bildirmək istərdim. Biz Azərbaycanla həmrəy olduğumuzu bildirir, onun vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi, eləcə də regionda sülhün və sabitliyin qorunması istiqamətində bütün səyləri dəstəkləyirik.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".


SON XƏBƏRLƏR

06 Mart 2026