• Bakı C

    11.68 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Şəkidə 3200 abonent qazsız qalıb 

CƏMİYYƏT

06 Mart 2026 | 20:40

Şəkidə 3200 abonent qazsız qalıb 

Bu gün saat 16:45-dən etibarən Şəki rayonunun Sarıtorpaq, M.F.Axundov, Əzizbəyov, Haqverdiyev, Giləhli, Ş.Axundova, Əfqanlar, Otaqeşiyi küçələrində (ümumi olaraq Şəki şəhərinin Yuxarı Baş adlanan ərazisi) cəmi 3 200 abonentin qaz təchizatı daxildən dayandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, buna səbəb Şəki rayonu ərazisində diametri 57 millimetr olan orta təzyiqli qaz xəttində aşkarlanan sızmanın ləğvi ilə əlaqədar təmir işləridir.

Qeyd olunub ki, təmir işləri aparıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.


SON XƏBƏRLƏR

06 Mart 2026