• Bakı C

    11.68 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Bayramov Türkiyəyə səfər edəcək 

SİYASƏT

06 Mart 2026 | 18:58

Bayramov Türkiyəyə səfər edəcək 

Martın 7-də Türkiyənin İstanbul şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TDT məlumat yayıb.

Türkiyə xarici işlər naziri Hakan Fidanın ev sahibliyi edəcəyi tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın xarici siyasət idarələrinin rəhbərləri, həmçinin Təşkilatın baş katibi iştirak edəcəklər.

Görüşün gündəliyində regional və qlobal səviyyədə baş verən mühüm inkişaf proseslərinin müzakirəsi əsas yer tutur.

Nazirlər Türk dünyası daxilində inteqrasiyanın daha da dərinləşdirilməsi, siyasi dialoqun gücləndirilməsi və korporativ əməkdaşlığın inkişaf etdirilməsinə yönəlmiş birgə təşəbbüslərin təşviqi məsələləri ətrafında fikir mübadiləsi aparacaqlar.


SON XƏBƏRLƏR

06 Mart 2026