• Bakı C

    10.09 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Nəriman ABŞ-yə gedir

CƏMİYYƏT

06 Mart 2026 | 15:43

Nəriman ABŞ-yə gedir

"Kolambus Kryu" klubu ilə anlaşan Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin ABŞ-yə getmək üçün iş icazəsi alınıb.

Bakıvaxtı.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə forvardın meneceri Tural Əsgərov məlumat verib.

O bildirib ki, futbolçunun vizası alınandan sonra isə o, ABŞ-yə yollanacaq: "Bu gün vizanı almalı idik, amma qaldı. Növbəti həftənin əvvəli yəqin ki, vizasını alıb ABŞ-yə gedəcək. Təxminən martın 10-11-i o, "Kolambus Kryu"nun düşərgəsinə yollanacaq".

Xatırladaq ki, "Kolambus Kryu" "Qarabağ"ın sabiq futbolçusuyla 3.5 illik müqavilə imzalayıb. Razılaşma fevralın 10-da baş tutsa da, işçi vizasının alınmasının yubanması Nərimanın ABŞ-yə getməyini təxirə salmışdı.


SON XƏBƏRLƏR