Tanınmış astroloq Dinçer Güner bildirib ki, aprelin 2-də Tərəzi bürcündə baş verən dolunay münasibətlər, ortaq işlər və emosional balans üzərində mühüm təsirlər yaradacaq. Bu prosesdə bəzi münasibətlər sona çata, bəziləri isə daha da güclənərək davam edə bilər. Həqiqətlə üz-üzə gəlmək isə qaçılmaz olacaq. Prosesin təsiri təxminən 10 gün davam edəcək.
Bakıvaxtı.az Dinçer Günerin 12 bürc üçün xəbərdarlıqlarını təqdim edir:
“Tərəzi bürcü əsasən münasibətləri, evliliyi, ədaləti və balans axtarışını simvolizə edir. Bu dolunay zamanı insanlar həyatlarında olan münasibətləri ciddi şəkildə analiz edəcək, “kim haqlıdır, kim haqsızdır” sualı daha çox gündəmə gələcək.
Budəfəki dolunayın enerjisi o qədər də “yumşaq” deyil. Çünki Günəş Saturn ilə sıx əlaqədədir. Saturnun təsiri isə ciddi, məsuliyyətli və bəzən ağır enerji ilə əlaqələndirilir.
Bu dövrdə münasibətlərdə səthi söhbətlərin dövrü bitir - artıq reallıqla üzləşmək zamanıdır. Uzun müddətdir görməzdən gəlinən problemlər birdən-birə üzə çıxa bilər. Bəzi münasibətlər bu sınağa tab gətirməyərək bitə bilər, lakin möhkəm təməli olan əlaqələr daha da güclənəcək.
Məsuliyyətdən qaçan insanlar daha sərt tənqidlərə məruz qala bilər. Özümüzü yorğun, sıxılmış və məsuliyyət altında hiss etməyimiz normaldır. Bu dövrdə qaydalara riayət etmək və daha diqqətli addımlar atmaq vacibdir.
Bununla yanaşı, Yupiterin təsiri ilə emosiyalar daha da şişirdilə bilər. Xüsusilə ailə və şəxsi həyatla bağlı məsələlərdə həddindən artıq reaksiya vermək ehtimalı artır.
Kiçik məsələlər böyüdülə, incikliklər və küsülülüklər münasibətlərə zərər verə bilər. Bu səbəbdən emosiyalara qapılmadan, daha rasional yanaşmaq vacibdir.
Evlə bağlı məsələlərdə - alqı-satqı və ya təmir kimi işlər gözlənildiyindən daha yavaş irəliləyə bilər. Hüquqi məsələlərdə də gecikmələr və ya istənilən nəticələrin alınmaması mümkündür.
Bu dövrdə qərar verərkən məntiqə əsaslanmaq lazımdır. Həyatımızdan çıxmalı olan insanları və vərdişləri buraxmağı öyrənməliyik.
Eyni zamanda özümüzü qoruyaraq sərhədlərimizi müəyyən etməli, lakin sevgi və anlayışı da itirməməliyik”. /Musavat.com
Bakı 




