• Bakı C

    10.09 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

“Neftçi” 5700 manat cərimə olundu

İDMAN

06 Mart 2026 | 15:20

“Neftçi” 5700 manat cərimə olundu

AFFA “Neftçi”ni 5700 manat cərimə edib.

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb Misli Premyer Liqasının 22-ci turunda “Şamaxı” ilə matçda yaşananlardır.

Belə ki, “Şamaxı” – “Neftçi” oyununda 5 nəfər sarı vərəqə aldığı üçün “Neftçi” komandası 700 manat cərimə edilib.

Həmin matçın 90+4-cü dəqiqəsində “Neftçi” komandasının məşqçisi Dmitro Kara-Mustafa hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmayacaq, “Neftçi” komandası isə 5000 manat cərimə edilib.

“Şamaxı” – “Neftçi” oyununda “Neftçi” komandasının texniki zonasının üst hissəsi, eyni zamanda Bakı təmsilçisinin azarkeşləri tərəfindən stadionda 35 ədəd oturacaq sındırıldığına görə stadiona dəymiş zərər “ağ-qaralar” tərəfindən ödəniləcək.


SON XƏBƏRLƏR