• Bakı 24° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Aİ bu şəxslər üçün vizasız rejimi dayandırıb

DÜNYA

06 Mart 2026 | 15:35 | Müəllif: Əli Hüseynov

Aİ bu şəxslər üçün vizasız rejimi dayandırıb

Bu gün Avropa Komissiyası Gürcüstanın diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün vizasız rejimi dayandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Komissiyası rəsmi saytında məlumat yayıb.

    Məlumata görə, artıq bu şəxslər Şengen zonasına rəsmi məqsədlərlə daxil olmaq üçün viza almalıdırlar.

    Bildirilir ki, vizasız rejimin dayandırılması mexanizmi Gürcüstanın açıq və davamlı şəkildə vizasız rejim çərçivəsində götürdüyü öhdəlikləri, xüsusən demokratiya və əsas hüquqlar sahəsində pozmasına cavab olaraq aktivləşdirilib.

    Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, bu gün Aİ Gürcüstan hakimiyyəti ilə əlaqəli şəxslərin, o cümlədən Gürcüstan diplomatlarının Avropa İttifaqında sərbəst hərəkət etməsini qadağan edir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Sentyabr 2026