• Bakı C

    11.68 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Hava kəskin dəyişəcək 

CƏMİYYƏT

06 Mart 2026 | 18:46

Hava kəskin dəyişəcək 

Şimaldan soyuq hava kütləsinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti kəskin dəyişəcək.

Bu barədə Bakıvaxtı.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

"Martın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz saatlarında arabir yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın maksimal temperaturunun 6-10 dərəcə isti olacağı gözlənilir. Bölgələrdə də martın 7-si qərb rayonlarından başlayaraq 9-u gündüzədək hava şəraiti qeyri-sabit keçəcək. Bəzi yerlərdə arabir yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, çaylarda sululuğun artacağı, Lənkəran-Astara zonasının bəzi çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək", - deyə G.Məmmədova qeyd edib. 


SON XƏBƏRLƏR

06 Mart 2026