• Bakı C

    11.68 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Əraqçinin müavini yaralandı

DÜNYA

06 Mart 2026 | 16:53

Əraqçinin müavini yaralandı

İranın xarici işlər naziri Abbas Arakçının müavini Məcid Təxt-Rəvançinin ABŞ və İsrailin hücumları zamanı ağır yaralandığı iddia olunur. Bu barədə İran mediası məlumat yayıb.

Bakıvaxtı.az Bakupost.az-a istinadla xəbər verir ki, məlumata görə, diplomat ölkə ərazisinə endirilən zərbələr zamanı xəsarət alıb və onun vəziyyətinin ağır olduğu bildirilir. Lakin hadisənin hansı şəraitdə baş verdiyi və Təxt-Rəvançinin harada yaralandığı barədə hələlik ətraflı məlumat verilməyib.

Görüntülərdə İran diplomatının üzündə qançır və yaralar və boynunda tibbi boyunluq var. Rəsmi Tehran hələlik məsələ ilə bağlı geniş açıqlama verməyib.

Qeyd edək ki, ABŞ və İsrailin İran ərazisinə endirdiyi zərbələr fonunda regionda gərginlik kəskin şəkildə artıb. İran isə buna cavab olaraq İsrailə və regiondakı ABŞ hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirir.


SON XƏBƏRLƏR

06 Mart 2026