• Bakı 11° C

    12.2 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Tramp hərbçiləri Oval Ofisə yığır! - Əmr verəcək?

DÜNYA

05 Aprel 2026 | 16:47

Tramp hərbçiləri Oval Ofisə yığır! - Əmr verəcək?

İranda təyyarəsi qəzaya uğrayan ikinci amerikalı pilot ABŞ   hərbçiləri tərəfindən xilas edilib. ABŞ prezidenti Donald Tramp xilasetmə əməliyyatını yüksək qiymətləndirib.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, ABŞ lideri yazıb: "Biz İran dağlarının dərinliyində ağır yaralanan “F-15” zabitini/ekipaj üzvünü, müstəsna cəsarət göstərən bir insanı xilas etdik. Çoxlu sayda və böyük qətiyyətlə yerləşdirilmiş İran ordusu onu axtarırdı və təhlükəli şəkildə yaxınlaşırdı. Bu, sadəcə olaraq son dərəcə nadir haldır. Birinci basqından sonra ikinci basqın baş verdi. Bu basqın zamanı pilotu İran üzərində yeddi saat əməliyyat keçirdikdən sonra gündüz vaxtı xilas etdik. Bu, eyni dərəcədə qeyri-adi bir əməliyyat idi”.

Bunun ardınca,  D.Tramp sabah, bazar ertəsi günü saat 13:00-da (Vaşinqton vaxtı ilə) Oval Ofisdə hərbçilərlə  mətbuat konfransı keçirəcəyini açıqlayıb.

Aydın Baxış


SON XƏBƏRLƏR