• Bakı 22° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Ermənistanla Fransa tərəfdaş oldu

DÜNYA

05 May 2026 | 15:20 | Müəllif: Əli Hüseynov

Ermənistanla Fransa tərəfdaş oldu

Ermənistan və Fransa ikitərəfli münasibətlərin səviyyəsini strateji tərəfdaşlığa yüksəldiblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın Parisdəki səfiri Arman Xaçatryan "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Bu gün Ermənistan-Fransa strateji tərəfdaşlığı haqqında bəyannamə imzalanıb", - o yazıb.

Onun fikrincə, bu tarixi sənəd iki ölkə arasında əməkdaşlıq üçün yeni perspektivlər açır.

Bəyannaməni İrəvanda Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıblar.

Ermənistan mediasının məlumatına görə, İrəvan və Paris süni intellekt, kibertəhlükəsizlik və yarımkeçiricilər sahəsində əməkdaşlıq haqqında sazişlər; hərbi texnologiyaların inkişafı və müdafiə sistemlərinin tədqiqi sahəsində əməkdaşlıq haqqında, hərbi geyimlərin tədarükü barədə sazişlər imzalayıblar.

Tərəflər həmçinin nəqliyyat helikopterlərinin tədarükü, Ermənistan aviaşirkətinə iki A321-200NX təyyarəsinin satışı, Ermənistanın cənubunda Bərgüşad tunelinin tikintisi barədə razılığa gəliblər. Bununla yanaşı, iki ölkə arasında kredit, iqtisadi, mədəni əməkdaşlığa dair bir sıra sənədlər də imzalanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026