• Bakı 26° C

    11.61 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1954

Qızmar istilər can aldı - Pakistanda

DÜNYA

05 May 2026 | 14:54

Qızmar istilər can aldı - Pakistanda

Pakistanın Kəraçi şəhərində yüksək hava temperaturu azı 10 nəfərin ölümünə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Express Tribune" qəzeti məlumat yayıb.

Məlumata görə, şəhərdə 2018-ci ildən bəri ən isti gün qeydə alınıb, temperatur 44 dərəcəni keçib.

Tibb müəssisələri yüksək hazırlıq vəziyyətinə gətirilib, ekstremal yüksək, normanı aşan isti havalar ölkə üzrə milyonlarla insanın həyatı üçün təhlükə yaradır.

Yerli qurumlar sakinləri yüngül, sərbəst, açıq rəngli geyimlər və baş örtükləri taxmağa, həmçinin günəşdən qoruyucu krem istifadə etməyə çağırır.

Qeyd edək ki, Kəraçidə rekord yüksək temperatur 2018-ci ilin mayında qeydə alınmışdı. Həmin vaxt temperatur 46 dərəcəyə yüksəlmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Iyul 2026