• Bakı 11° C

    12.2 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

ABŞ xilaetmə əməliyyatında bu aeroportdan istifadə edib

DÜNYA

05 Aprel 2026 | 15:26

ABŞ xilaetmə əməliyyatında bu aeroportdan istifadə edib

ABŞ pilotu təxliyə etmək üçün İsfahan yaxınlığındakı tərk edilmiş hava limanından istifadə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Le Monde” nəşri məlumat yayıb.

Nəşr bunun İran hərbçiləri tərəfindən də təsdiq edildiyini bildirib.

“İran silahlı qüvvələrinin sözçüsünün sözlərinə görə, İsfahanın cənubundakı tərk edilmiş hava limanından təxliyə missiyası kimi planlaşdırılan əməliyyat zamanı helikopteri və iki C-130 hərbi nəqliyyat təyyarəsi məhv edilib”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, KİV ABŞ xüsusi təyinatlılarının İran ərazisinə daxil olaraq amerikalı pilotu xilas etdiklərini yazmışdı.


SON XƏBƏRLƏR