• Bakı 25° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

AZAL-ın İğdır marşrutu üzrə uçuş cədvəli 

CƏMİYYƏT

06 Mart 2026 | 18:42

AZAL-ın İğdır marşrutu üzrə uçuş cədvəli

Azərbaycan vətəndaşlarının Bakı ilə Naxçıvan arasında alternativ nəqliyyat əlaqəsindən istifadə edə bilmələri üçün AZAL-ın Bakı-İğdır-Bakı marşrutu üzrə 7-10 mart tarixlərini əhatə edən uçuş cədvəli hazırlanıb (bütün saatlar yerli vaxtla qeyd edilib):

Bakıvaxtı.az xəbər verir ki, uçuşa gələrkən aşağıda qeyd olunan vacib məqamlar nəzərə alınmalıdır:

• sərnişinlər uçuş vaxtından ən azı 1 saat yarım öncə hava limanına yaxınlaşmalı;

• üzərlərində xarici pasport və ya yeni nəsil şəxsiyyət vəsiqələrini götürməlidirlər.

Sərnişinlərlə uçuş cədvəlində hər hansı bir dəyişiklik baş verdiyi təqdirdə ətraflı məlumat paylaşılacaq.

Qeyd edək ki, Bakı-İğdır-Bakı marşrutu üzrə biletləri AZAL-ın veb-saytı və ya mobil tətəbiqi vasitəsilə Naxçıvan istiqamətini seçərək, yaxud aviaşirkətin kassalarına müraciət edərək əldə emək olar.


AZAL-ın İğdır marşrutu üzrə uçuş cədvəli
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026