İsrail ordusu Qərb Şəriyəsində 16 fələstinlini saxlayıb.
Bakıvaxtı.az xəbər verir ki, basqınlar Ramallah, Hebron, Jenin, Nablus, Yerixo və Betlehem şəhərlərində həyata keçirilib.
İsrail əsgərləri şəhərlərin giriş-çıxışlarını nəzarətdə saxlayır və fələstinlilərin evlərinə basqınlar edib.
Fələstin tərəfi hücumların artmasının Qərb Sahilinin rəsmi ilhaqına gətirib çıxara biləcəyi barədə xəbərdarlıq edir.
Əli Hüseynov
Bakı 




