• Bakı C

    10.09 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

YENİ PLAN: İranda vətəndaş müharibəsi olacaq

SİYASƏT

06 Mart 2026 | 14:48

YENİ PLAN: İranda vətəndaş müharibəsi olacaq

“İsrail və İran arasında baş verən hadisələr başqa məcralara yönəlir və fərqli ssenari üzrə inkişaf edir”.

Bu barədə Bakıvaxtı.az-a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “ABŞ, İsrail və İran münaqiəsi hansı həddə qədər davam edə bilər” sualına cavab verərkən bildirib.

O qeyd edib ki, İran daxilində vətəndaş müharibəsinin elemetlərini görə bilərik:

“Baxın, ölkədə hakim siyasi xəttin tərəfdarları bir-bir aradan götürülür. Bu, onu göstərir ki, ABŞ və İsrailin İranın daxilində böyük imkanlara malik olan dairələri fəaliyyət göstərir”.

Onun sözlərinə görə, iİndiki mərhələdə ABŞ-nin İranda hakimiyyət dəyişikliyinə dair  ultimatumu haqqında müxtəlif mövqelər var:

“Kimsə onu rədd edir, kimsə qəbul etməyə meyillidir. İsrail-İran mübaribəsi bu müstəvidə davam edəcək”.

Aydın Baxış


SON XƏBƏRLƏR