Bakıvaxtı.az Axşam.az-a istinadla "İftar menyusu"nu təqdim edir:
Bulqur şorbası
Ərzaqlar:
4 xörək qaşığı bulqur
1 xörək qaşığı zeytun yağı
2 xörək qaşığı kərə yağı
1 baş soğan
2 xörək qaşığı un
2 xörək qaşığı tomat pastası
1 çay qaşığı qırmızı bibər pastası
1 stəkan soyuq su
4 stəkan toyuq bulyonu (mal əti bulyonu və ya bulyon da istifadə edilə bilər)
1 dolu çay qaşığı nanə
1 çay qaşığı qırmızı bibər lopaları
Duz
Hazırlanması:
Əvvəlcə bulqurları kiçik bir qazanda üzərinə kifayət qədər su əlavə edərək bişirin. Şorba hazırlayacağımız qazanda zeytun yağını və kərə yağını əridin. Xırda doğranmış soğanı əlavə edin və qovurun. Sonra unu əlavə edin və qovurmağa davam edin. Tomat pastasını əlavə edin və yenidən qovurun. Toyuq bulyonunu və suyu əlavə edin, düyünlənməməsi üçün qarışdırın. Bişmiş bulqur və ədviyyatları əlavə edin. Təxminən beş dəqiqə qaynadın və sonra odu söndürün. Süfrəyə verərkən üzərinə qurudulmuş nanə səpə bilərsiniz.

Bolonez spagetti
Ərzaqlar:
1 paket spagetti
İsti su
Sous üçün:
250 – 300 q qiymə
Yarım çay stəkanı bitki yağı
2 diş sarımsaq
2 soğan
3 orta ölçülü pomidor
2 yerkökü
1 xörək qaşığı tomat pastası
Duz, zirə, qara istiot, kəklikotu
Hazırlanması:
Xırda doğranmış soğan və yerkökünü bitki yağında qovurun. Sonra qiyməni əlavə edin və qovurmağa davam edin. Davamlı qarışdıraraq və qovurarkən doğranmış sarımsağı tökün. Təxminən 20 dəqiqə qovurduqdan sonra tomat pastasını əlavə edin, sonra soyulmuş və püre halına salınmış pomidorları tökün. Lazım gələrsə, su əlavə edərək vam odda bişirməyə davam edin. Duz və ədviyyatlar əlavə edin. Tərəvəzlər və qiymə yaxşı qarışana qədər vam odda bişirin, lazım olduqda suyun səviyyəsini yoxlayın. Bişmiş spagettinin üzərinə qoyaraq süfrəyə verin.

Tavada revani
Ərzaqlar:
1.5 stəkan toz şəkər
2 stəkan su
1-2 damcı limon suyu
Xəmiri üçün:
2 yumurta
1 çay stəkanı toz şəkər
1 çay stəkanı qatıq
1 çay stəkanı bitki yağı
1 çay stəkanı mannı yarması
1 çay stəkanı un
1 paket qabartma tozu
1 paket vanil
Hazırlanması:
Xəmir üçün 2 yumurta və 1 çay stəkanı şəkəri yaxşıca çalın. Sonra 1 çay stəkanı qatıq, 1 çay stəkanı duru yağ, 1 çay stəkanı mannı yarması, 1 çay stəkanı un, 1 paket qabartma tozu və 1 paket vanil əlavə edin. Xəmir halına gələnə qədər qarışdırın. Tavanı yaxşıca yağladıqdan sonra qarışığı tökün, vam odda 30 dəqiqə bişirin. Kənarda şərbəti hazırlayın. Su və şəkər tozunu qarışdırın, qatılaşana görə qaynadın. Qaynadıqda 1-2 damcı limon suyu əlavə edin və odu söndürün. Rəvani azca ilıqlaşanda şərbəti tökün.

Bakı 




