• Bakı C

    11.68 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Sudan İranın PUA hücumlarından narahatlığını bildirib 

SİYASƏT

06 Mart 2026 | 20:10

Sudan İranın PUA hücumlarından narahatlığını bildirib 

Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Muhi Əl-Din Salem Ahmed azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng vurub.

Bakıvaxtı.az xəbər verir ki, C.Bayramov martın 5-də mülki infrastruktur və şəxslərə zərərlə müşayiət olunan İran tərəfindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı dronla həyata keçirilmiş hücumların ölkənin suverenliyinə və ərazi bütövlüyünə zidd olduğunu vurğulayıb.

İrandan qeyd olunan hücuma aydınlıq gətirilməsi, izahat verilməsi, üzrxahlıq edilməsi, bu kimi halların təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görülməsinin tələb edildiyini Sudan tərəfinin diqqətinə çatdırıb.

Sudan naziri bu hücumlardan narahatlıq ifadə edib, mülki infrastrukturun hədəf alınmasının qəbuledilməz olduğunu bildirib.

Nazirlər həmçinin iki ölkə arasında əməkdaşlıq məsələlərini də müzakirə ediblər.


SON XƏBƏRLƏR

06 Mart 2026