• Bakı C

    11.68 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Serbiya XİN İranın Naxçıvana dron hücumunu pisləyib

DÜNYA

06 Mart 2026 | 17:16

Serbiya XİN İranın Naxçıvana dron hücumunu pisləyib

Serbiyanın Xarici İşlər Nazirliyi (XİN) İranın Naxçıvana dron hücumunu pisləyib.

Bakıvaxtı.az-ın məlumatına görə, nazirlik Azərbaycan ərazisində baş vermiş bu hadisəni qəbuledilməz adlandırıb.

Bildirilib ki, həmin hadisə zamanı ərazinin və əhalinin təhlükəsizliyi təhdid olunub.

Nazirlik Serbiyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tam dəstəklədiyini bir daha bəyan edib:

"Dost ölkələrin daha geniş regional konfliktlərə cəlb olunması və ya sərhəd bölgələrinin, o cümlədən Naxçıvan Muxtar Respublikasının destabilizasiyası cəhdləri qəbuledilməzdir. Serbiya Respublikası sülhün qorunması, beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin hörmətlə qorunması prinsiplərinə sadiq qalır və Azərbaycan Respublikası ilə dostluq və tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsini dəstəkləyir".


SON XƏBƏRLƏR

06 Mart 2026